Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycanda hərbi hissədən külli miqdarda silah oğurlamaqda təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb.
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə Hərbi Dəniz Donanmasının zabiti Nurlan Əsgərov, mülki şəxslər Əli Qurbanov və Emil Qasımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə baxışı aprelin 29-na təyin edilib.
Əsgərov Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə təkrar törədildikdə (228.2.2), şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə (232.2.3), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341) Qurbanov və Qasımov isə oğurluq təkrar törədildikdə (177.2.2), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1) maddələri ilə ittiham olunular.
İttihama görə, Əsgərov xidmət etdiyi "N" saylı hərbi hissədən atıcı silahı gizli yolla mülki şəxslərə satıb. Bu məqsədi həyata keçirməkdə zabitə mülki şəxslər Qurbanov və Qasımov köməklik ediblər.