...

Azərbaycan səhiyyə naziri Türkiyənin Qazi Universitetinin rektorunu qəbul edib

Cəmiyyət Materials 1 May 2010 04:47 (UTC +04:00)
Azərbaycan Səhiyyə Naziri Oqtay Şirəliyev cümə günü Türkiyənin Qazi Universitetinin rektoru professor Rza Ayhan və həmin universitetin Tibb fakültəsinin dekanı universitetin klinikasının baş həkimi Peyami Çinazı qəbul edib. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin yayılan məlumatında deyilir.
Azərbaycan səhiyyə naziri Türkiyənin Qazi Universitetinin rektorunu qəbul edib

Azərbaycan Səhiyyə Naziri Oqtay Şirəliyev cümə günü Türkiyənin Qazi Universitetinin rektoru professor Rza Ayhan və həmin universitetin Tibb fakültəsinin dekanı universitetin klinikasının baş həkimi Peyami Çinazı qəbul edib. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin yayılan məlumatında deyilir.

Qonaqları salamlayan nazir Azərbaycan dövlət rəhbərliyinin səhiyyə və sosial sahənin inkişafına xüsusi diqqət və qayğısı nəticəsində görülən işlər, əldə olunan nailiyyətlər haqda danışdı.

Şirəliyev son illər tikilib istifadəyə verilən çoxsaylı tibb ocaqlarında çalışmaq üçün tam təkmilləşmiş mütəxəssislərə ehtiyac duyulduğunu dedi. Bu baxımdan da azərbaycanlı müdavimlərin xarici ölkələrdə, xüsusilə də Türkiyə universitetlərində müxtəlif təcrübə kursları keçmələrini bizim tərəfimizdən yüksək qiymətləndirdiyini bildirdi və mütəxəssislərimizin Qazi universitetinin klinikasında təcrübələr keçməsini təklif etdi.

Xoş qarşılanmaya görə öz minnətdarlığını bildirən rektor bu təklifi bəyəndiklərini və ümumiyyətlə iki ölkə arasında olan bütün əməkdaşlıqların tərəfdarı olduqlarını vurğuladı.

Rza Ayhan həmçinin Qazi Universitetinin klinikasının həkimlərinin Azərbaycanın müxtəlif tibb ocaqlarında cərrahi əməliyyatları həyata keçirdiklərini bununla da qarşılıqlı təcrübələrin daha da effektli olduğunu bildirdi.

Xəbər lenti

Xəbər lenti