...

Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olmaq üzrə sənədlərin qəbulu iyunun 1-dən başlanacaq – Dövlət Komissiyasının sədri

Cəmiyyət Materials 27 May 2010 12:47 (UTC +04:00)
İyunun 1-dən Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olmaq hüququna malik beynəlxalq olimpiadaların, dünya və Avropa çempionatlarının qalibləri olan abituriyentlərin sənədlərinin qəbulu başlayır. Bu barədə cümə axşamı jurnalistlərə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olmaq üzrə sənədlərin qəbulu iyunun 1-dən başlanacaq – Dövlət Komissiyasının sədri

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir T.Hacıyev/

İyunun 1-dən Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar daxil olmaq hüququna malik beynəlxalq olimpiadaların, dünya və Avropa çempionatlarının qalibləri olan abituriyentlərin sənədlərinin qəbulu başlayır. Bu barədə cümə axşamı jurnalistlərə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, sənədlər həm Bakıda, eləcə də TQDK-nin regional şöbələrində qəbul ediləcək.

Dünya, Avropa idman çempionatlarında ilk üç yeri tutan, eləcə də məktəb fənləri, musiqi və incəsənət üzrə ümumdünya və beynəlxalq olimpiadaların qalibləri dövlət sifarişinə görə müəyyən edilən yerə öz ixtisasları üzrə qəbul ediləcəklər.

Yerdə qalan abituriyentlərin sənədlərinin qəbulu mayın 31-dək davam edəcək. Dövlət Komissiyasının sədri deyib ki, bu günədək sənəd verən abituriyentlərin sayı 109 287 nəfər təşkil edir. Onlardan 97 100 nəfəri Azərbaycan, 12 187 nəfəri isə rus təhsil bölməsinə sənəd verib.

Xəbər lenti

Xəbər lenti