...

Krım azərbaycanlıları 26 fevral tarixinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım günü elan olunması haqqında yenidən məsələ qaldırıb

Cəmiyyət Materials 3 İyun 2010 16:51 (UTC +04:00)
"Krımın Azərbaycan İcması" İctimai Birliyi yenidən Krım Muxtar Respublikasının Ali Radasına müraciətlə 26 fevral tarixinin Xocalı qurbanlarının xatirəsinin anım günü elan olumasını təklif edib.
Krım azərbaycanlıları 26 fevral tarixinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım günü elan olunması haqqında yenidən məsələ qaldırıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/

"Krımın Azərbaycan İcması" İctimai Birliyi yenidən Krım Muxtar Respublikasının Ali Radasına müraciətlə 26 fevral tarixinin Xocalı qurbanlarının xatirəsinin anım günü elan olumasını təklif edib. Bu barədə Diaporla İş üzrə Dövlət komitəsinin məlumatında deyilir.

Birliyin sədri Rəhim Hümbətov Diasporla İş üzrə Dövlət Komitəsinə bildirib ki, növbəti müraciətdə Ali Radanın sədri Konstantinovun bu təklifə rədd cavabı verməsinin təəssüf doğurduğu qeyd olunub.

Krım Muxtar Respublikasının Ali Radası 2005-ci il mayın 19-da 24 aprel tarixini "erməni xalqının faciəsinin qurbanlarının xatirəsinin anım günü" elan edib və bu qərarı qəbul edərkən Krım Konstitusiyasına əsaslanıb. Soydaşlarımızın müraciətində deyilir ki, son beş ildə Ali Radanın səlahiyyətlərində dəyişiklik olmadığı halda bu müraciətə rədd cavabı verilməsi anlaşılmazdır.

"Ali Rada bir millətin müraciətini təmin edir, digərinə isə rədd cavabı verir. Ali Rada məsələyə bu cür yanaşma ilə Ukrayna Konstitusiyası və digər beynəlxalq sazişlərlə ölkənin üzərinə götürdüyü insanların, millətlərin bərabər hüquqluğu prinsipini pozur", - sənəddə belə deyilir.

İlk müraciət göndərildikdən sonra aparılan araşdırma zamanı məlum olub ki, Krım Parlamentinin "erməni soyqırımı" haqqında qərarı Ali Radanın reqlamentinin kobud surətdə pozulması ilə qəbul olunub. Bütün bunları nəzərə alaraq Krımın azərbaycanlı icması Ali Radaya ya fevralın 26-nın Xocalı qurbanlarının xatirəsinin anım günü elan edilməsini, yaxud da aprelin 24-ü ilə bağlı qərarın ləğv olunmasını təklif edib.

Xəbər lenti

Xəbər lenti