...

Rusiya ali məktəblərinə Azərbaycan vətəndaşlarının qəbulu üçün imtahan keçirilib

Cəmiyyət Materials 8 İyun 2010 14:58 (UTC +04:00)
Rusiya ali məktəblərinə Azərbaycan vətəndaşlarının qəbulu üçün imtahan keçirilib. Trend-in Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının rəsmi internet saytına istinadən verdiyi məlumata əsasən, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi tərəfindən ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşlarının təhsil almaları üçün ayrılmış plan yerlərinə sənəd qəbulu Ümumrusiya Azərbaycan Konqresi tərəfindən aparılıb.
Rusiya ali məktəblərinə Azərbaycan vətəndaşlarının qəbulu üçün imtahan keçirilib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir T.Hacıyev/

Rusiya ali məktəblərinə Azərbaycan vətəndaşlarının qəbulu üçün imtahan keçirilib. Trend-in Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının rəsmi internet saytına istinadən verdiyi məlumata əsasən, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi tərəfindən ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşlarının təhsil almaları üçün ayrılmış plan yerlərinə sənəd qəbulu Ümumrusiya Azərbaycan Konqresi tərəfindən aparılıb.

İyunun 6-da Heydər Əliyev Fondunun və Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkilatçılığı Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Moskva şəhərində - Rusiyanın ali təhsil müəssisələrinə həmin ölkədə yaşayan Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 148 abituriyentdən 40 nəfəri müsabiqə şərtlərini ödəyərək, RF-in ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Müsabiqədən keçənlərdən 4 nəfəri I qrup, 10 nəfəri II qrup, 18 nəfəri III qrup, 8 nəfəri isə IV qrup üzrə ixtisaslara qəbul olunub.

Xəbər lenti

Xəbər lenti