...

Azərbaycanda müəllimlərin işə qəbulu üçün avqustda müsabiqə keçiriləcək

Cəmiyyət Materials 22 İyun 2010 11:26 (UTC +04:00)
Azərbaycanda müəllimlərin işə qəbulu üçün avqust ayında müsabiqə keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə eksklüziv açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycanda müəllimlərin işə qəbulu üçün avqustda müsabiqə keçiriləcək

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda müəllimlərin işə qəbulu üçün avqust ayında müsabiqə keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə eksklüziv açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.

"Müsabiqə çərçivəsində Bakı şəhəri və ölkənin digər bölgələri üzrə məktəblərə müəllim qəbulu aparılacaq", - nazir əlavə edib.

Trend-in arayışı: Ötən il Təhsil Nazirliyi 2009-2010-cu dərs ili üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant müəllim yerlərinə işə qəbul üçün müsabiqə keçirib. Təhsil Nazirliyi müsabiqəyə 365 vakant yer çıxarmışdı. Müsabiqəyə sənəd verən 1 044 nəfərdən 284-ü uğur qazanaraq, müəllim kim işə təyin olunub. Müsabiqəyə çıxarılan 81 vakant yeri isə heç kim tuta bilməyib.

Xəbər lenti

Xəbər lenti