...

Azərbaycanda həbsdə olan jurnalistlərin azadlığa buraxılmalarının Milli Mətbuat Günü ilə bağlılığı olmamalıdır - Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 25 İyun 2010 13:06 (UTC +04:00)
Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, həbsdə olan jurnalistlərin azadlığa buraxılmalarının Milli Mətbuat Günü ilə bağlılığı olmamalıdır.
Azərbaycanda həbsdə olan jurnalistlərin azadlığa buraxılmalarının Milli Mətbuat Günü ilə bağlılığı olmamalıdır - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, həbsdə olan jurnalistlərin azadlığa buraxılmalarının Milli Mətbuat Günü ilə bağlılığı olmamalıdır.

"Azərbaycanda məhbusların azadlığa buraxılmaları ilə məşğul olan Əfv komissiyası var. Əfv komissiyasına müraciətlər fərdi şəkildə edilir və fərdi şəkildə dəyərləndirilir. Bu məsələnin Mətbuat günü ilə bağlanmasını əsaslı görmürəm", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Azərbaycan Prezidenti İlham Əliyev Milli Mətbuatın 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Prezident Administrasiyasına tapşırılır ki, prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və bölgələrdə yubiley tədbirlərinin keçirilməsini təmin etsin.

Prezident Administrasiyası, həmçinin, bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Milli Mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri dövlət başçısına verməlidir.

Xəbər lenti

Xəbər lenti