...

Qafqaz müsəlmanlarının dini lideri Rusiya və Türkiyə səfirləri ilə görüşüb

Cəmiyyət Materials 6 İyul 2010 18:55 (UTC +04:00)
Qafqaz müsəlmanlarının dini lideri şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə görüşüb.
Qafqaz müsəlmanlarının dini lideri Rusiya və Türkiyə səfirləri ilə görüşüb

Аzərbaycan, Bakı, 6 iyul /Trend, müxbir S.Ağayeva/

Qafqaz müsəlmanlarının dini lideri şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə görüşüb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumatda deyilir.

Görüş zamanı Rusiya səfiri Doroxin Paşazadəyə Prezident Dmitri Medvedevin salamlarını çatıdırıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti şeyxülislamın dinlərarası və millətlərarası dialoqlara verdiyi töhfəni, həmçinin dini rəhbərlərin səmərəli əməkdaşlığı üzrə səylərini yüksək qiymətləndirir və onu dünyanın dini rəhbərlərinin Bakıda keçirilən sammitində uğurlu işlərinə görə təbrik edir.

"Rusiya Prezidenti şeyxülislamın iki xalq arasında dostluq, qardaşlıq əlaqələrinin qurulmasında, Qafqazda sabitlik və sülhün bərqərar olmasındakı xidmətlərini yüksək qiymətləndirir", - səfir deyib.

Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcla da görüşərək dini-mənəvi əlaqələrin səviyyəsinin yüksəldilməsi perspektivlərini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti