...

İran Azərbaycanda müxtəlif əsrlərə aid əlyazmaların bərpasına yardım edəcək

Cəmiyyət Materials 6 İyul 2010 18:41 (UTC +04:00)
İran Azərbaycanda müxtəlif əsrlərə aid əlyazmaların bərpasına yardım edəcək. Bununla bağlı razılaşma çərşənbə axşamı Bakıda səfərdə olan İranın mədəniyyət və islami maarifləndirilmə naziri Seyid Məhəmməd Hüseyni ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin görüşündə əldə edilib.
İran Azərbaycanda müxtəlif əsrlərə aid əlyazmaların bərpasına yardım edəcək

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Cəfərov/

İran Azərbaycanda müxtəlif əsrlərə aid əlyazmaların bərpasına yardım edəcək. Bununla bağlı razılaşma çərşənbə axşamı Bakıda səfərdə olan İranın mədəniyyət və islami maarifləndirilmə naziri Seyid Məhəmməd Hüseyni ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin görüşündə əldə edilib.

"İdarənin kitabxanasında XIV, XV və digər əsrlərə aid əlyazmalar var ki, onların bərpasına ehtiyac var", - Paşazadə deyib.

İranlı nazir öz növbəsində bildirib ki, bu əlyazmaların bərpası üçün İrandan bir qrup mütəxəssis göndəriləcək və Bakıda onlar bərpa ediləcək.

Görüşdə daha sonra qeyd edilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir.

Xəbər lenti

Xəbər lenti