...

Azərbaycanın işğal olunmuş ərazilərində kilsənin tikilməsi erməni separatizminin dəstəyinin təzahürüdür – Hidayət Orucov

Cəmiyyət Materials 7 İyul 2010 14:09 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində kilsənin tikilməsi erməni separatizminin dəstəyinin və terrorizmin təzahürüddən başqa bir şey deyil, - bu barədə jurnalistlərə çərşənbə günü Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov Dağlıq Qarabağda rus-pravoslav kilsəsinin tikintisi ilə bağlı sualı cavablandırarkən deyib.
Azərbaycanın işğal olunmuş ərazilərində kilsənin tikilməsi erməni separatizminin dəstəyinin təzahürüdür – Hidayət Orucov

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Cəfərov/

Azərbaycanın işğal olunmuş ərazilərində kilsənin tikilməsi erməni separatizminin dəstəyinin və terrorizmin təzahürüddən başqa bir şey deyil, - bu barədə jurnalistlərə çərşənbə günü Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov Dağlıq Qarabağda rus-pravoslav kilsəsinin tikintisi ilə bağlı sualı cavablandırarkən deyib.

"Azərbaycan tərəfinin icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazilərində məbədin tikilməsi qeyri-qanunidir", - Orucov bildirib.

Azərbaycanın işğal olunmuş ərazilərində iyunun 19-da rus-pravoslav məbədinin təməl daşının qoyulması mərasimi keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti