...

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericiliyin pozulması ilə əlaqədar 156 min manat məbləğində cərimə sanksiyası tətbiq edib

Cəmiyyət Materials 10 Avqust 2010 10:42 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumlar tərəfindən 2010-cu il iyulun ikinci yarısında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparıb. Ümumilikdə, 38 iş üzrə 156505 manat məbləğində cərimə tətbiq edilib; ondan 4055,5 manat ödənilib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı məlumat verilib.
Azərbaycanın  Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericiliyin pozulması ilə əlaqədar 156 min manat məbləğində cərimə sanksiyası tətbiq edib

Azərbaycan, Bakı, 10 avqust / Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumlar tərəfindən 2010-cu il iyulun ikinci yarısında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparıb. Ümumilikdə, 38 iş üzrə 156505 manat məbləğində cərimə tətbiq edilib; ondan 4055,5 manat ödənilib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı məlumat verilib.
Ətraf mühitə dəymiş ziyanla bağlı 13 iş üzrə 2826,27 manat məbləğində iddia qaldırılıb, ondan (ötən ildən qalanla birlikdə) 4135,43 manatın ödənilməsi təmin edilib.

Su ehtiyatlarının mühafizəsi üzrə 43 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanlara görə 47500 manat məbləğində cərimə, 5142 manat məbləğində ödəmə tətbiq edilib.

Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq müəyyən edilən nöqsanlar üzrə 7560 manat məbləğində cərimə, 16869,96 manat məbləğində ödəmə tətbiq edilib. Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 49500 manat, faunanın mühafizəsi sahəsində 045 manat məbləğində cərimə, su hövzələrində bioloji resursların mühafizəsi və artırılması sahəsində isə dəymiş ziyanla bağlı 1010 manat məbləğində iddia qaldırılıb.

Xəbər lenti

Xəbər lenti