...

Azərbaycan boksçuları Avropa Kuboku yarışlarına yollanırlar

Cəmiyyət Materials 19 Oktyabr 2010 18:12 (UTC +04:00)
Azərbaycan boksçuları Avropa Kuboku yarışlarına yollanırlar
Azərbaycan boksçuları Avropa Kuboku yarışlarına yollanırlar

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan boksçuları Avropa Kuboku yarışlarına yollanırlar. Trend-in Azərbaycan Gənclər və İdman Nazirliyi mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, 49 kq çəki dərəcəsində Elvin Məmişzadə və 69 kq çəkidə yığma komandamızın üzvləri Emil Məhərrəmov və Fərid Paşayev oktyabrın 22-də Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa Kubokunda ölkəmizi təmsil edəcəklər.

Bu yarışda AİBA-nın reytinq cədvəlinə əsasən hər çəki dərəcəsində yüksək nəticələr əldə etmiş 4 iştirakçı beynəlxalq rinqdə mübarizə aparacaq.

Bundan öncə oktyabrın ortalarında Azərbaycanın gənclərdən ibarət yığma komandası Rusiyanın Anapa şəhərində təşkil olunmuş beynəlxalq boks turnirinə qatılıb - 2 qızıl və 2 gümüş olmaqla 4 medal qazanıb.

Rauf Rəhimov (75 kq), Teymur Məmmədov (91 kq) 1-ci, Saqi Salehli (69 kq) və Rəvan Əliyev (75 kq) 2-ci yerin sahibi olublar.

Xəbər lenti

Xəbər lenti