...

İstanbulda Dünya Türk Forumu işinə başlayıb

Cəmiyyət Materials 21 Oktyabr 2010 13:08 (UTC +04:00)
İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu başlanıb.
İstanbulda Dünya Türk Forumu işinə başlayıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Hacıyev/

İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu başlanıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı xəbərdə qeyd olunub.

Forumda 60 ölkədən Türk Dünyası və diasporlarının nümayəndələri iştirak edirlər. Tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi Dövlət Komitəsinin nümayəndə heyəti, həmçinin, fəal diaspor təşkilatlarımızın rəhbərləri də qatılıblar. Onların arasında Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömur, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı-direktoru Samira Patzer-İsmayılova, Türkiyə- Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev, BƏƏ-dəki "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Özbəkistandakı nümayəndəsi və Orta Asiya üzrə əlaqələndiricisi Akif Ağatalıbov, Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov və digər diaspor təşkilatlarının rəhbərləri var.

Forumu TASAM-ın direktoru Engin Selcuk açıb. O, Forumun keçirilməsi zərurəti, müzakirə olunacaq məsələlər barədə məlumat verib. E.Selcuk, həmçinin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Foruma təbrik məktubunu da tədbir iştirakçılarına çatdırıb. Sonra çıxış edən TASAM sədri Süleyman Şensoy rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib. Türk Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı isə öz çıxışında türk dövlətləri başçılarının zirvə görüşlərinin tarixi, türk xalqlarının əməkdaşlığına verdiyi töhfələr, 2009-cu ildə bu əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə yaradılan Türk Şurası haqqında danışıb. Onun sözlərinə görə, Şuranın Baş Katibliyinin İstanbulda yerləşməsi bu şəhərin Türk Dünyasının ən önəmli şəhəri olduğu anlamına gəlir. Dünya Türk Forumunun da məhz İstanbulda keçirilməsi  məhz bu baxımdan rəmzi  məna daşıyır.

TürkPA-nın baş katibi Ramil Həsənov öz çıxışında bildirib ki, türk xalqları əməkdaşlığını parlamentlər diplomatiyası formatında da inkişaf etdirmək zərurətindən doğan bu qurum 2008-ci ildə yaradılıb. Bu təşkilat türk dövlətlərində və xalqlar arasında dostluq və sülhü təmin etməklə hər sahədə işbirliyi həyata keçirmək üçün fəaliyyət göstərir. TürkPA dünyanın bir çox parlament birlikləri ilə əməkdaşlıq edir. Ramil Həsənov qurumun gələcək planlarından danışarkən, türkdilli ölkələrin parlamentlərindəki millət vəkillərinin Avropa dövlətləri, Rusiya və digər ölkələrin parlamentlərindəki türkəsilli deputatlarla bir araya gələrək ortaq müzakirələr aparması, birgə layihələr gerçəkləşdirməsini zəruri hesab etdiyini deyib. Onun fikrincə, bu cür ortaq layihələr türk xalqlarının və dövlətlərinin birliyinə böyük töhfələr verə bilər. O, həmçinin bildirib ki, gələn ilin mart ayında Qazaxıstanda TürkPA-nın növbəti toplantısı keçiriləcək və müxtəlif sahələr üzrə alt komitələr yaradılacaq ki, bu da qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinə, daha səmərəli işlər görməyə imkan verəcək.

Ramil Həsənov müxtəlif ölkələrdəki türk xalqlarının diasporlarının bu işlərə, layihələrə dəstək olacağına ümid etdiyini və nəticədə, daha effektli fəaliyyət ortaya qoyulacağını bildirib.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti