...

Azərbaycanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqəyə yekun vurulub

Cəmiyyət Materials 22 Oktyabr 2010 12:05 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, müsabiqə nəticəsində 64 nəfər müvəffəqiyyət qazanıb.
Azərbaycanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqəyə yekun vurulub

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqəyə yekun vurulub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, müsabiqə nəticəsində 64 nəfər müvəffəqiyyət qazanıb.

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasının qərarına əsasən, həmin namizədlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq, peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimin keçirilməsinə bu ilin oktyabrın 25-də başlanılacaq.

Xəbər lenti

Xəbər lenti