...

Sumqayıtda ötən 9 ay ərzində əsas iqtisadi göstəricilər üzrə artım əldə olunub

Cəmiyyət Materials 26 Oktyabr 2010 19:05 (UTC +04:00)
Sumqayıt şəhərində ötən 9 ay ərzində əsas iqtisadi göstəricilər üzrə artım əldə olunub.
Sumqayıtda ötən 9 ay ərzində əsas iqtisadi göstəricilər üzrə artım əldə olunub

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/

Sumqayıt şəhərində ötən 9 ay ərzində əsas iqtisadi göstəricilər üzrə artım əldə olunub. Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend-ə çərşənbə axşamı daxil olan məlumata görə, bu barədə şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Zeynalov 2010-cu ilin üçüncü rübündə şəhərin sosial və iqtisadi sahələrində həyata keçirilən işlərin yekunu haqqında keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, şəhər üzrə məhsul və xidmətlərin buraxılışında, orta aylıq əməkhaqqı göstəricisində, investisiyaların həcmində keçən ilin müvafiq dövrü ilə müqayisədə müsbət dinamika nəzərə çarpıb.

Toplantıda daha sonra hesabat dövrü ərzində görülmüş işlər, qarşıda duran vəzifələr barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti