...

Azərbaycanda Konstitusiya nəzarəti institutunun insan hüquq və azadlıqlarının müdafiəsində mühüm rolu var - I vitse-spiker

Cəmiyyət Materials 12 Noyabr 2010 10:42 (UTC +04:00)
Bu gün Azərbaycanda Konstitusiya nəzarəti institutunun insan hüquq və azadlıqlarının müdafiəsində mühüm rolu var.
Azərbaycanda Konstitusiya nəzarəti institutunun insan hüquq və azadlıqlarının müdafiəsində mühüm rolu var - I vitse-spiker

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Azərbaycanda Konstitusiya nəzarəti institutunun insan hüquq və azadlıqlarının müdafiəsində mühüm rolu var. Bunu cümə günü Bakıda Azərbaycan Konstitusiyasının 15 illiyinə həsr olunmuş "İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmləri" konfransında Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib.

"Hesab edirəm ki, həm Konstitusiya Məhkəməsi, həm Ombudsman aparatı, həm də məhkəmə instansiyaları Azərbaycanda insan hüquq və azdalıqlarının formalaşmasında xeyli işlər görüb. Azərbaycanda hüquq və azadlıqların müdafiəsinin möhkəm hüquqi bazası formalaşdırılıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qanunlar qəbul edilib, Azərbaycan müxtəlif konvensiyalara qoşulub", - Əsgərov deyib.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.

1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Əsgərov hesab edir ki, Konstitusiya nəzarəti institutu vətəndaşların siyasi, iqtisadi , mədəni və digər hüquqlarının müdafiəsində mühüm rol oynayır.

"Azərbyacan Avropa şurası və digər beynəlxalq təşkilatların üzvü olaraq hüquqi müdafiə sisteminin təkmilləşdirilməsində mühüm addımlar atır", - I vitse-spiker əlavə edib.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.

Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.

Xəbər lenti

Xəbər lenti