...

Çernoqoriya və Azərbaycan futbol komandaları arasında oyunun birinci hissəsi qolsuz tamamlanıb

Cəmiyyət Materials 17 Noyabr 2010 17:18 (UTC +04:00)
Futbol üzrə Çernoqoriya və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyununun birinci hissəsi heç-heçə (0:0) tamamlanıb.
Çernoqoriya və Azərbaycan futbol komandaları arasında oyunun birinci hissəsi qolsuz tamamlanıb

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Futbol üzrə Çernoqoriya və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyununun birinci hissəsi heç-heçə (0:0) tamamlanıb.

Oyun çərşənbə günü Podqoritsa şəhərində keçirilir.

Bu, Azərbaycan yığma komandasının 2010-cu ildə sonuncu oyunudur.

Qapısında bir qol belə görməyən və İngiltərə, İsveçrə, Bolqarıstan və Uelsə məğlub olmayan Çernoqoriya yığması Avro-2012 seçmə mərhələsində "G" qrupunda liderlik edir. Sonuncu oyunda çernoqoriyalılar İngiltərə ilə heç-heçə (0:0) oynayıblar.

Xəbər lenti

Xəbər lenti