...

Türkiyə və Azərbaycan mediaları xarici maraqlara tribuna olmamalıdır - Əli Həsənov (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2010 16:40 (UTC +04:00)
RED. əlavəsi: Əli Həsənovun fikirləri ikinci abzasdan sonra əlavə edilib.
Türkiyə və Azərbaycan mediaları xarici maraqlara tribuna olmamalıdır - Əli Həsənov (ƏLAVƏ OLUNUB) (FOTO)

RED. əlavəsi: şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Türkiyə və Azərbaycan KİV-ni xarici maraqlara tribuna olmamağa çağırıb.

"Türkiyə və Azərbaycan medialarını xarici maraqlara tribuna olmamağa çağırıram. Səhifələrinizi, ekranlarınızı, dalğalarınızı millətinizə, dövlətinizə, milli mənəvi dəyərlərinizə açın", - cümə axşamı iki ölkə mediasının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən seminarda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Xarici qüvvələr mətbuatı bu və ya digər dərəcədə maliyyələşdirə də bilərlər, amma bilin ki, bu maliyyə millətin, dövlətin əleyhinə işləyəcək", - o, bildirib.

Həsənov müasir dünyada medianın rolundan söz açıb. Qeyd edib ki, bu gün dünya böyük virtual kəndə çevrilib. Kəndin aşağı hissəsində baş verən hadisə media qurumları sayəsində bütün kəndə yayılır. Bu gün dünyadakı media qurumlarını milli mənsubiyyətinə görə ayırmaq çətinləşib.

O, Azərbaycan və Türkiyə mediasını birləşdirən dəyərlərin çox olduğunu deyib.

Həsənov Azərbaycan mətbuatının tarixindən də söz açıb. O qeyd edib ki, Azərbaycan xalqını təmsil edən mətbuat hər zaman qonşu xalqların mediası ilə rəqabət aparıb. Azərbaycanın informasiya məkanında öz dəsti-xətt olan mediaları olub. Həsənov bu mətbu orqanlara misal olaraq "Əkinçi" qəzetinin və "Molla Nəsirəddin" jurnalının adını çəkib.

Türkiyə mətbuatının nümayəndələrinin çərşənbə günündən Azərbaycana səfəri başlayıb. Bu gün hər iki ölkə mətbuatının nümayəndələrinin iştirakı ilə seminar işə başlayıb. Seminar bu gün başa çatacaq.

Xəbər lenti

Xəbər lenti