...

Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsi Azərbaycanda məhbusların saxlanma şəraitini yoxlayacaq

Cəmiyyət Materials 9 Dekabr 2010 16:50 (UTC +04:00)
Avropa Şurasının İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Komitəsinin (İQK) nümayəndə heyəti məhbusların saxlanma şəraiti ilə tanış olmaq üçün gələn il təşkilatın üzvü olan 10 ölkəyə səfər edəcək.
Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsi Azərbaycanda məhbusların saxlanma şəraitini yoxlayacaq

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir Y.Ostapenko/

Avropa Şurasının İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Komitəsinin (İQK) nümayəndə heyəti məhbusların saxlanma şəraiti ilə tanış olmaq üçün gələn il təşkilatın üzvü olan 10 ölkəyə səfər edəcək. Bu barədə Komitənin məlumatında deyilir.

İQK yoxlamaları mütəmadi səfər proqramı çərçivəsində aparılacaq. Komitənin nümayəndə heyətini gözləyən ölkələrin siyahısına Andorra, Azərbaycan, Bosniya və Herseqovina, Latviya, Moldova, Niderland, Norveç, Serbiya, İspaniya və İsveçrə daxildir.

Məlumatda deyilir ki, Komitə adları çəkilən ölkələrə vəziyyətdən çıxış edərək zəruri hesab etdiyi vaxtlarda da xüsusi səfərlər edəcək.

İQK-nin fəaliyyət dairəsinə Avropa Şurasına üzv olan 47 ölkənin hamısı daxildir.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olmaqla insan hüquqlarının müdafiəsi və demokratiyanın inkişafı üzrə ən iri təşkilat olan AŞ qarşısında öz üzərinə müvafiq öhdəliklər götürüb.

Avropa Şurasının İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Komitəsi insanların həbsdə olduğu ölkəyə istənilən vaxt baş çəkə bilər. İQK fərdi qaydada məhbusları sorğu-sual etmək və müvafiq informasiya verə biləcək hər hansı bir şəxslə əlaqə qura bilmək hüququna malikdir.

Prosedura görə, Komitə hər bir səfərdən sonra müvafiq dövlətə həmin ölkəyə münasibətdə nəticə və tövsiyələrin yer aldığı məxfi məruzə göndərir. Beləliklə, İQK və milli hakimiyyət arasında həbsdə olan şəxslərin sərt davranışdan müdafiəsinin yüksəldilməsi məqsədilə əməkdaşlıq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti