...

Azərbaycan məktəblərində hicabla bağlı vəziyyətin gərginləşməsini müəyyən qüvvələr təşkil edib - nazir

Cəmiyyət Materials 14 Dekabr 2010 12:11 (UTC +04:00)
Azərbaycanın təhsil naziri xarici və daxili qüvvələri Azərbaycandakı təhsil müəssisələrində hicabla bağlı vəziyyəti gərginləşdirməkdə günahlandırıb.
Azərbaycan məktəblərində hicabla bağlı vəziyyətin gərginləşməsini müəyyən qüvvələr təşkil edib - nazir

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri xarici və daxili qüvvələri Azərbaycandakı təhsil müəssisələrində hicabla bağlı vəziyyəti gərginləşdirməkdə günahlandırıb.

"Ötən həftə Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiya həm xaricdə, həm də ölkə daxilində olan müəyyən qüvvələr tərəfindən təşkil olunub", - Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib.

Ötən cümə günü Təhsil Nazirliyinin binası qarşısında ölkənin təhsil müəssisələrində hicaba  qadağa qoyulması ilə əlaqədar icazəsiz etiraz aksiyası keçirilib.

Cümə günü aksiyanın 16 iştirakçısı polis bölməsinə aparılıb, onlardan beşi xəbərdarlıq edildikdən sonra evə buraxılıb, saxlanılan 11 nəfərin işi isə Nərimanov rayon məhkəməsinə göndərilib.

Nazir aksiya iştirakçılarını səhv yoldan dönməyə çağırıb.

"Dinimiz bizi işıq gələn tərəfə getməyə çağırıb", - nazir bildirib. Onun sözlərinə görə, dünyada baş verən proseslər ölkədə də nəzərə alınmalıdır.

"Hicaba qadağa nazirin istəyi deyil, nazirliyin dəstəklədiyi dövlət siyasəti xəttidir", - Mərdanov bildirib.

Xəbər lenti

Xəbər lenti