...

Azərbaycanın "İnter" futbol klubunun prezidenti baş məşqçinin dəyişdirilməsi məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 14 Dekabr 2010 16:34 (UTC +04:00)
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze öz müqaviləsini yerinə yetirəcək, mən baş məşqçinin işindən işindən razıyam. Məhz onun rəhbərliyi altında komanda mənim xoşuma gələn futbolu oynamağa başlayıb", - Trend-ə çərşənbə axşamı klubun prezidenti Georgi Nikolov qeyd edib.
Azərbaycanın "İnter" futbol klubunun prezidenti baş məşqçinin dəyişdirilməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/

"İnter" futbol klubunun prezidenti komandanın baş məşqçisinin işindən razıdır.

"İnter"in baş məşqçisi Kaxaber Sxadadze öz müqaviləsini yerinə yetirəcək, mən baş məşqçinin işindən işindən razıyam. Məhz onun rəhbərliyi altında komanda mənim xoşuma gələn futbolu oynamağa başlayıb", - Trend-ə çərşənbə axşamı klubun prezidenti Georgi Nikolov qeyd edib.

Futbol üzrə Azərbaycan çempionatının 17-ci turunun yekunlarına görə, "İnter" 28 xalla beşinci yeri tutur və lider "Xəzər Lənkəran"dan doqquz xal geri qalır.

Son altı oyunda keçənilki çempion üç dəfə heç-heçə oynayıb, iki dəfə uduzub və cəmisi bir qələbə qazanıb.

Klub prezidentinin sözlərinə görə, çempionatda "İnter"in uğursuzluğuna görə məsuliyyət təkcə Sxadadzenin üzərinə düşmür. "Uğursuz oyunlar seriyasında klub rəhbərliyi də daxil olmaqla, həm futbolçular, həm də məşqçi korpusu günahkardır", - Nikolov qeyd edib.

Klub prezidenti hesab edir ki, "İnter" ziyalı futbolu oynayır. "Sadəcə olaraq biz ələ düşən imkanlardan istifadə edə bilmirik", - Nikolov vurğulayıb.

Ukrayna KİV-in məlumatına görə, "İnter" ukraynalı məşqçi Oleq Kuznetsovla onun komandaya cəlb edilməsi ilə bağlı danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti