...

Qafqazın şeyxi Dmitri Medvedevə Rusiyadakı iğtişaşlarla bağlı narahatlığını bildirib

Cəmiyyət Materials 20 Dekabr 2010 17:01 (UTC +04:00)
Qafqaz müsəlmanlarının dini lideri RF Prezidenti Dmitri Medvedevə ünvanladığı məktubunda Moskvada və Rusiyanın digər şəhərlərində milli zəmində baş verən iğtişaşlarla bağlı narahatlığını ifadə edib.
Qafqazın şeyxi Dmitri Medvedevə Rusiyadakı iğtişaşlarla bağlı narahatlığını bildirib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir T.Hacıyev/

Qafqaz müsəlmanlarının dini lideri RF Prezidenti Dmitri Medvedevə ünvanladığı məktubunda Moskvada və Rusiyanın digər şəhərlərində milli zəmində baş verən iğtişaşlarla bağlı narahatlığını ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşüküür Paşazadə bazar ertəsi Rusiya Prezidentinə məktub göndərərək baş verən hadisələrlə əlaqədar narahatlığını bildirib. Bu barədə Trend-ə idarənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.

Dini lider məktubunda Rusiyada vəziyyətin tezliklə sabitləşəcəyinə ümidvar olduğunu da ifadə edib.

Xəbər lenti

Xəbər lenti