Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanda idman sahəsinin inkişaf etdirilməsində xidmətlərinə görə Eyyubov Fazil Araş oğlu, Əhmədov Sarı Məhəmməd oğlu, Fərəcov Eldar Məmməd oğlu, Hacıyev Yavər Hacı oğlu, Həsənov Azər Kamal oğlu, Mehdizadə Elçin Eldar oğlu, Məmmədov Aydın Qasım oğlu, Rəhimov Rüstəm Tələt oğlu, Şahniyarov Səməd Nəbi oğlu və Şərifov Hicran İbrahim oğluna "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Gülməmmədov Tofiq Attıxan oğluna "Əməkdar Jurnalist", Məmmədov Leysan Novruz oğluna isə "Əməkdar Mühəndis" fəxri adları verilib.