...

Dekabrda Türkiyədə Azərbaycandan olan 12 qeyri-qanuni miqrant saxlanılıb

Cəmiyyət Materials 5 Yanvar 2011 14:44 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında verilən məlumatlara görə, dekabrda jandarmeriya qüvvələrinin əməkdaşları Türkiyə sərhədini qanunsuz yolla keçən 12 Azərbaycan vətəndaşını saxlayıblar.
Dekabrda Türkiyədə Azərbaycandan olan 12 qeyri-qanuni miqrant saxlanılıb

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir A.Axundov/

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında verilən məlumatlara görə, dekabrda jandarmeriya qüvvələrinin əməkdaşları Türkiyə sərhədini qanunsuz yolla keçən 12 Azərbaycan vətəndaşını saxlayıblar.

Onlardan 3-ü dekabrın 3-də, 4-ü dekabrın 4-də, 1-i dekabrın 8-də, daha 3-ü isə dekabrın 9-da saxlanılıb.

Noyabrda saxlanılan Azərbaycandan olan qeyri-qanuni miqrantların sayı 16 nəfər olub.

Qeyri-qanuni miqrantlara qarşı Türkiyə qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti