...

DAAD maarifləndirmə proqramı sayəsində 10 azərbaycanlı tələbə təqaüd alacaq

Cəmiyyət Materials 12 Yanvar 2011 15:43 (UTC +04:00)
Almaniya Akademik Mübadilə Xidməti (DAAD) Açıq Cəmiyyət İnstitutu ilə birlikdə Almaniya universitetlərində təhsillərini davam etdirmək üçün 10 nəfər seçib. Onların hamısına təqaüd veriləcək.
DAAD maarifləndirmə proqramı sayəsində 10 azərbaycanlı tələbə təqaüd alacaq

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Almaniya Akademik Mübadilə Xidməti (DAAD) Açıq Cəmiyyət İnstitutu ilə birlikdə Almaniya universitetlərində təhsillərini davam etdirmək üçün 10 nəfər seçib. Onların hamısına təqaüd veriləcək.

"İki ildən bir keçirilən seçimdə 10 yer üzrə 60 nəfər mübarizə aparıb", - Almaniyanın Azərbaycandakı səfirinin müavini Peter Siqler deyib.

Siqlerin sözlərinə görə, Azərbaycanda bu proqram 2001-ci ildən fəaliyyət göstərir və Almaniya XİN tərəfindən maliyyələşdirilir.

"Fikrimizcə, bu vacib proqramdır, belə ki, hüquq və sosial elmlər sahəsində təhsil Azərbaycanın gələcək inkişafı üçün çox vacibdir", - Siqler əlavə edib.

1925-ci ildən - təsis edildiyi vaxtdan DAAD-ın hesabına 1,5 milyondan çox tələbə təhsil alıb. Xidmət xaricdə Almaniya universitetlərini təmsil edir. Təşkilatın 14 regional ofisi və 400-dən çox mühazirəçisi var.

Xəbər lenti

Xəbər lenti