...

Məktəbli qızların hicab məsələsinin namusla əlaqələndirilməsi qeyri-etikdir - azərbaycanlı politoloq

Cəmiyyət Materials 17 Yanvar 2011 12:01 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru hesab edir ki, məktəbli qızların hicab məsələsinin namusla əlaqələndirilməsi, ümumiyyətlə qeyri-etikdir.
Məktəbli qızların hicab məsələsinin namusla əlaqələndirilməsi qeyri-etikdir - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru hesab edir ki, məktəbli qızların hicab məsələsinin namusla əlaqələndirilməsi, ümumiyyətlə qeyri-etikdir.

"Məktəbli qızların hicab məsələsinin namusla əlaqələndirilməsi, ümumiyyətlə qeyri-etikdir və Azərbaycanda yaşayan dindarların indiki nəslinin evində və ya yaxınlarında cüzi bir qisim hicab məsələsinə nisbi əməl edir. Qalan qohumları və ya yaxınları, ümumiyyətlə hicab qaydalarına riayət etmirlər. Belə olanda, o qadınlar da daxil olmaqla, başaçıq gəzən bütün Azərbaycan qadınları namussuzdurlarmı? Azərbaycan dindarlarının müasir nəsli xalqımızın heysiyyətinə ciddi toxunan addımlara rəvac verməməlidir. Hicab məsələsi dinlə dünyəviliyin müzakirə mövzusundan başqa bir şey deyil", - bazar ertəsi Trend-ə mərkəzin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, İranda nüfuzlu din xadimlərinin məlumat mənbələri ciddi şübhə yaradır.

"Onların Azərbaycanla bağlı mövqeləri bunu deməyə əsas verir. Bəlli olan son mövqe təqlid-mərcəyi (dini alim) Cəfər Sübhaninin mövqeyidir. Onun mövqeyi reallıqla qətiyyən hesablaşmır. Əgər həbs olunan Mövsum Səmədovun həyat yoldaşının bircə kəlmə sözü ilə hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı qapının arxasında 2 saata yaxın dayanır, qapını açmırsa, hansı namus müdafiəsindən söhbət gedir? Ya təqlid-mərcələrin məlumat mənbələri onlarla zarafatlaşır, ya da namus anlayışının mahiyyəti dindarlarla dünyəvilər arasında fərqli mahiyyətdədir", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti