...

Azərbaycan DİN Neftçala rayon polis şöbəsində baş vermiş intiharla bağlı məlumat yayıb

Cəmiyyət Materials 27 Yanvar 2011 14:23 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi Neftçala rayon polis şöbəsində baş vermiş intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Azərbaycan DİN Neftçala rayon polis şöbəsində baş vermiş intiharla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi Neftçala rayon polis şöbəsində baş vermiş intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 18-də Neftçala rayon sakini, 1980-ci il təvəllüdlü Aydın Abbasov sərxoş halda ictimai qaydanı kobud surətdə pozub, onu intizama dəvət edən Neftçala rayon polis şöbəsinin əməkdaşlarına qarşı müqavimət göstərib, habelə onlara kömək edən, rayon sakini Mehman Dadaşovu yumruqla vuraraq gödəkçəsini cırıb.

Qeyd edilənlərlə əlaqədar rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Abbasov saxlanılaraq Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasına (MST) yerləşdirilib.

Yanvar ayının 26-da saat 16:56-da Abbasov MST-də özünü mələfə ilə dəmir barmaqlıqdan asıb. Mərhumun intihardan əvvəl yazdığı məktub aşkar edilib.

"Ata, ana özümlə bacara bilmirəm. Bu həyatda yaşamaq istəmirəm. Ölümümdə heç kimin günahı yoxdur", - məktubda yazılıb.

Xəbər lenti

Xəbər lenti