...

Azərbaycanda elmi layihələrin maliyyələşməsinə 6 milyon manatdan çox vəsait ayrılıb

Cəmiyyət Materials 27 Yanvar 2011 18:12 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu 2011-ci ildə ilk elmi layihələr müsabiqəsini elan edib. Bu barədə cümə axşamı Trend-ə fonddan məlumat verilib.
Azərbaycanda elmi layihələrin maliyyələşməsinə 6 milyon manatdan çox vəsait ayrılıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir М.Əliyev/

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu 2011-ci ildə ilk elmi layihələr müsabiqəsini elan edib. Bu barədə cümə axşamı Trend-ə fonddan məlumat verilib.

"Elmi layihələr müsabiqəsinə təkliflər fevralın 11-dək qəbul olunur", - fonddan məlumat verilib.

Müsabiqənin yekunları aprelin 4-dək elan olunacaq.

Müsabiqədə qalib gələn layihələrin maliyyələşməsinə 6 100 000 manat ayrılacaq. Onun üç milyon manatı elmi tədqiqat təşkilatlarının fəaliyyətinin mükəmməlləşdirilməsi və inkişafına ayrılacaq (bir milyon olmaqla torpaq, biologiya, tibb, həmçinin kimyəvi elmlər sahəsinə).

Fizika, riyaziyyat, biologiya, tibb, kimya üzrə əsaslı, təcrübi xarakterli layihələrin maliyyələşməsinə 2,1 milyon manat ayrılacaq.

Bundan əlavə, bir milyon manat pilot və əsaslı layihələr, humanitar və ictimai elm sahəsində cəmiyyətin sosial-mənəvi inkişafı üzrə proqrama ayrılacaq.

Elmin İnkişafı Fondu tərəfindən iyunun 30-da elan olunmuş 2010-cu ilin birinci müsabiqəsində elmi-tədqiqat proqramları, layihələr və digər elmi fəaliyyətin maliyyələşməsi üçün 6,1 milyon manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti