...

Yol polisi gələcəkdə Azərbaycanda stasionar postların ləğvini mümkün sayır

Cəmiyyət Materials 28 Yanvar 2011 10:55 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi gələcəkdə Azərbaycanda stasionar postların ləğvini mümkün sayır.
Yol polisi gələcəkdə Azərbaycanda stasionar postların ləğvini mümkün sayır

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi gələcəkdə Azərbaycanda stasionar postların ləğvini mümkün sayır.

"Ola bilər gələcəkdə yol polisinin bütün nəqliyyat vasitələri texniki imkanlarla tam təmin olunandan sonra stasionar postlara ehtiyac olmasın. Onlar hərəkətli postlarla əvəzlənsin. Lakin bu gün stasionar postlara ehtiyac var", - cümə günü Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Əliyev qeyd edib ki, stasionar postların nəqliyyatın hərəkətinə maneçiliyi yoxdur.

"İstənilən axtarışda olan avtomobilin, hadisə yerindən qaçan şəxsin saxlanılması işində bu postların əhəmiyyəti böyükdür. Bu postlarda axtarışda olan avtomobillərin saxlanılması, yoxlanılması təşkil olunur", - şöbə rəisi əlavə edib.

Onun sözlərinə görə, stasionar postlar sürücülərin özünün təbii ehtiyaclarının ödənilməsi, yuxularını qaçırmaq üçün əhəmiyyətlidir.

"Bu postlar yolun hərəkət hissəsinə çıxmayıb. Lazım olanda operativ şəkildə hansısa cinayətin qarşısını almağa, cinayət məsuliyyətindən yayınan şəxslərin saxlanılmasında mühüm rol oynayır", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti