Azərbaycan, Bakı, 17 fevral /Trend/
ABŞ-ın Kaliforniya ştatında hüquq-mühafizə orqanları ermənilərdən ibarət "Erməni gücü" (Armenian Power) adlı mütəşəkkil cinayətkar dəstənin üzvlərini həbs ediblər. Bu barədə ABŞ prokurorluğunun nümayəndəsi Tom Mrojek məlumat verib.
Qruplaşmaya qarşı davam edən əməliyyatda yüzlərlə Kaliforniya və federal polisin əməkdaşı iştirak edir. Həbslər Qlendeyl şəhərində və Şərqi Hollivudda (Los-Anceles rayonunda) həyata keçirilib. "Erməni gücü"nün üzvləri reket, qətl, qarət və digər cinayətlərdə ittiham olunurlar. Qruplaşma həmçinin fərdi məlumatların oğurlanması və fırıldaqçılıqla da məşğul olub.
Ümumilikdə 102 nəfər barəsində ittiham irəli sürülüb. Hüquq-mühafizə orqanları bildirirlər ki, dəstə çoxsaylı zorakılıq halları törədib və digər cinayətkar qruplarla yaxın əlaqələrə malik olub.
FTB-nin Los-Anceles bölməsinin direktor müavini Stiven Martines deyib ki, ermənilər geniş əlaqələrə malik olublar. Cinayətkar dəstənin 200-ə yaxın üzvü olub və əsas bazaları Qlen Deyil və San Fernandonun yaxın rayonlarında yerləşib.
Məmurların fikrincə, əksər üzvlərinin həbs olunduğu cinayətkar dəstənin fəaliyyətinə ciddi zərbə vurulub. Həmin cinayətkar dəstənin cinayətkarlığın səviyyəsi yüksək olduğu Ermənistan və Rusiya ilə əlaqələri barədə məlumat verilir. Qeyd edilir ki, dəstə üzvlərinin 29 nəfəri endirimli mağazalardan informasiya əldə edərək saxta kredit və borc kartları hazırlayırmışlar. Santa-Anada həbs olunan digər 20 nəfər bank fırıldaqçılığı ilə məşğul olaraq informasiya əldə edib və müxtəlif şəxslərin hesablarından 10 milyon dollara yaxın vəsait çıxarıblar. Cinayətkar dəstənin səhiyyə sahəsində də fırıldaqçılıq sxemi üzrə cinayət əməlləri həyata keçirdiyi və bununla da sadə və imkansız vətəndaşlardan milyonlarla dollar vəsait oğurladığı barədə məlumat verilir.
FTB-nin Mayami şöbəsinin fəaliyyətə cavabdeh olan Con Gilles bildirib ki, bu, Avrasiya mütəşəkkil cinayətkarlığının ən böyük milli şəbəkələrindəndir.
Göründüyü kimi, ermənilər hansı ölkədə məskunlaşmalarından asılı olmayaraq həmin cəmiyyətlərə yalnız ziyan vurur, onun deqradasiyasına xidmət edirlər.
Bir neçə ay bundan öncə ABŞ-da həbs olunmuş ermənilərdən ibarət cinayətkar dəstənin Ermənistan hakimiyyəti ilə birbaşa əlaqədə olduğu faktlarla təsdiq edilib. Həmin cinayətkar dəstə "medicar" sistemi üzrə ixtisaslaşıb və kimsəsiz vətəndaşlardan fırıldaqçılıq yolu ilə milyonlarla vəsait əldə edib.