...

Türkiyədən gələn jurnalistlər millət vəkili Qənirə Paşayeva ilə görüşüblər

Cəmiyyət Materials 19 Fevral 2011 15:59 (UTC +04:00)
Bu günlərdə Azərbaycanda səfərdə olan Türkiyənin TRT kana­lının əməkdaşları və bir qrup jurnalist millət vəkili Qənirə Paşa­yeva ilə gö­rüşüblər.
Türkiyədən gələn jurnalistlər millət vəkili Qənirə Paşayeva ilə görüşüblər

Azərbaycan, Bakı, 19 fevral/Trend/

Bu günlərdə Azərbaycanda səfərdə olan Türkiyənin TRT kana­lının əməkdaşları və bir qrup jurnalist millət vəkili Qənirə Paşa­yeva ilə gö­rüşüblər.

Qardaş ölkə jurnalistləri bildiriblər ki, səfərlərində əsas məq­səd, Azərbaycan haqqında, Dağlıq Qarabağ münaqişəsi və ümu­miyyətlə Azərbaycan həqi­qətləri barədə televiziya proqramı və sə­nədli film çəkmək, habelə, nüfuzlu dərgi və qəzetlərdə yayın­la­nacaq məqa­lə­lər hazırlamaqdır.

Millət vəkili Azərbaycan həqiqətlərini sənədli filmlər və proq­ramlar vasitəsilə qardaş Türkiyə ictimaiy­yətinə daha geniş miq­yasda çat­dırılmasının çox vacib olduğunu vurğulayıb, öz fikir və mülahizələrini bölüşüb.

Xanım Paşayeva jurnalistlərə Ermənistanın işğal altında saxladığı Azər­baycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbir­stanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla dinc azər­baycanlılara qarşı törətdilən soyqırım aktları, həmçinin , 1 milyon azər­bay­canlı qaçqın və məcburi köç­künün öz yurd-yuvasına dön­mə­sinə imkan verilməməsi barədə ətraflı məlumatların əks olunduğu müsahibə verib.

Jurnalistlərə Azərbaycan həqiqətlərinə dair çoxlu sayda kitab, sənədli film və videomateriallar təqdim edən millət vəkili Paşayeva, müsahibəsində, Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən beynəlxalq təşkilatların qətnamə və sənədləri barədə də jurnalistləri bilgi­ləndirib. O, eyni zamanda ermənilərin tarixi Azərbaycan tor­paqlarına 19-cu əsrdən başlayaraq Rus imperiyası tərəfindən məqsədli şəkildə köçürülməsi, bunun arxasında dayanan ma­raqlar və buna etiraz edən azərbaycanlılara qarşı edilən təzyiq və təqiblərdən də danışıb.

Xanım millət vəkili bildirib ki, bu günkü Ermənistan dövlətinin yerləşdiyi ərazilər tarixi Azərbaycan torpaqlarıdır və ermənilərin bu torpaqlara köçürülməsi ilə yanaşı azərbaycanlıların zorla öz torpaqlarından çıxarılması, deportasiya olunması prosesi də aparılmış və bu bədnam siyasət həm Rus imperiyası həm də SSRİ rəhbərliyi tərəfindən məqsədli şəkildə həyata keçirilib.

Paşayeva erməni silahlılarının, erməni terror təşkilat­larının 1905-07, 1918-ci illərdə Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, 1948-53-jü ildə yüz minlərlə azərbaycanlının bu gün­kü "Ermənistan" ərazisindən - öz ata-baba yurdlarından zorla deportasiya edilmələri, 1988-ci ildə Ermənistan dövlətinin apardığı etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlıların Ermənistandan zorla qovulması və bu gün orada bir nəfər belə olsun azərbaycanlınan yaşamaması barədə də jurnalistlərə ətraflı məlumat verib.

Millət vəkili Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiy­yətə daha geniş çatdırılması istiqamətində Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən də danışıb. O, deyib ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyə, o cümlədən hər iki ölkənin xaricdəki diasporları, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması, tanıdılması istiqamətində birlikdə daha sıx çalış­malıdırlar və bu hər iki ölkə üçün çox önəmlidir.

Sonra millət vəkili jurnalitsləri Ermənistanın işğal etdiyi Azər­baycan torpaqlarında törədilmiş soyqırım və vandalizm aktlarının canlı şahidləri olmuş, ev-eşiklərini itirmiş qaçqın və məc­buri köçkünlərlə görüşdürüb. Jurnalistlərə müsahibə verən qaç­qın və məcburi köçkünlər, Ermənistanın törətdiyi insanlıq dramı və vandalizm aktları ilə bağlı ətraflı məlumatlar vermiş və vurğu­lamışlar ki, onların əsas arzusu öz yurd-yuvalarına qayıt­maqdır. Qaçqın və məcburi köçkün soydaşlarımız bu istiqamətdə qardaş Türkiyənin indiyədək göstərmiş olduğu dəstəyin gələcəkdə daha da artacağını gözlədiklərini bildiriblər.

Jurnalistlər millət vəkilinə sənədli filmin və proq­ram­ların mümkün olan ən qısa zamanda ərsəyə gətirə­cəklə­rini və yayımını təşkil edəcəklərini bildiriblər.

Bu silsilədən ilkin proq­ramlar və məqalələr artıq yaxın günlərdə nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti