...

Azərbaycanda Novruz bayramında qeyri-iş günləri müəyyənləşib

Cəmiyyət Materials 23 Fevral 2011 12:14 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli çərşənbə günü Trend-ə bildirib ki, hökumətin qəbul etdiyi qərara görə, martın 20-dən 24-dək rəsmi bayram günləridir.
Azərbaycanda Novruz bayramında qeyri-iş günləri müəyyənləşib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Novruz bayramı ilə əlaqədar səkkiz gün qeyri-iş günü olacaq.

Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli çərşənbə günü Trend-ə bildirib ki, hökumətin qəbul etdiyi qərara görə, martın 20-dən 24-dək rəsmi bayram günləridir.

Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir.

Martın 20-si bazar gününə düşdüyündən, martın 25-i qeyri-iş günü hesab olunur.

Təqvimə əsasən, martın 26-sı şənbə, 27 -i isə bazar günləridir.

Beşgünlük iş həftəsi olanlar 9 gün (19-27 mart) işləməyəcək.

BMT-nin Baş Assambleyasının ötən ilin fevralında qəbul etdiyi xüsusi qətnamə ilə 21 mart Beynəlxalq Novruz Günü kimi qəbul edilib.

Onun ardınca ATƏT də Novruz bayramını beynəlxalq bayram kimi tanıyıb.

8 Mart bayramı münasibətilə istirahət günlərində dəyişiklik edilməyib. Martın 8-i qeyri-iş günüdür.

Xəbər lenti

Xəbər lenti