...

Azərbaycanın təhsil naziri vətəndaşların müraciətlərini ciddi araşdırmaq tapşırığı verib

Cəmiyyət Materials 24 Fevral 2011 16:09 (UTC +04:00)
Müşavirədə Misir Mərdanov nazirlik əməkdaşlarının işə davamiyyətinin, iş vaxtından səmərəli istifadə olunmasının, hər bir işçi üçün vəzifə bölgüsünə uyğun tapşırıqların müəyyənləşdirilməsinin və icraya nəzarətin təmin edilməsinin vacibliyini xüsusi qeyd edib.
Azərbaycanın təhsil naziri vətəndaşların müraciətlərini ciddi araşdırmaq tapşırığı verib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə axşamı keçirilən müşavirədə daxil olan ərizə və məktubların vaxtında cavablandırılması, hər bir müraciətin ciddi araşdırılması, qaldırılan məsələlərin qanuna uyğun şəkildə həll olunması və vətəndaşların qəbulu məsələsinə diqqətin artırılması ilə əlaqədar nazirliyin struktur bölmə rəhbərlərinə konkret tapşırıqlar verib. Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyindən bildiriblər.

Müşavirədə Misir Mərdanov nazirlik əməkdaşlarının işə davamiyyətinin, iş vaxtından səmərəli istifadə olunmasının, hər bir işçi üçün vəzifə bölgüsünə uyğun tapşırıqların müəyyənləşdirilməsinin və icraya nəzarətin təmin edilməsinin vacibliyini xüsusi qeyd edib.

Müşavirədə təhsil naziri həmçinin ümumtəhsil məktəblərini əla qiymətlərlə bitirənlərə qızıl və gümüş medalların verilməsi mexanizminin işlənib hazırlanması, təhsil sənədlərinin tanınması ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması, 5 yaşlıların məktəbə hazırlığının təmin olunması üçün tədbirlərin həyata keçirilməsi ilə bağlı struktur bölmə rəhbərlərinə tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti