...

Azərbaycanın regionunda Peşə təhsili və hazırlığı mərkəzi açılıb

Cəmiyyət Materials 4 Mart 2011 19:48 (UTC +04:00)
Cümə günü Azərbaycanın İsmayıllı rayonunda Avropa İttifaqı və ölkənin Təhsil Nazirliyinin köməyi ilə yaradılan Peşə təhsili və hazırlığı mərkəzi (VET) açılıb.
Azərbaycanın regionunda Peşə təhsili və hazırlığı mərkəzi açılıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

Cümə günü Azərbaycanın İsmayıllı rayonunda Avropa İttifaqı və ölkənin Təhsil Nazirliyinin köməyi ilə yaradılan Peşə təhsili və hazırlığı mərkəzi (VET) açılıb. Trend-in məlumatına görə, bu barədə Aİ-nin nümayəndə heyəti bildirib.

Mərkəzin yaradılması turizm sahəsində müasir Avropa standartlarına uyğun peşə təhsili və hazırlığının modernləşdirilməsi və islahatların aparılması məqsədilə ölkənin Təhsil Nazirliyinin təşəbbüsü olub.

Bu təşəbbüsün həyata keçirilməsinə Aİ Təhsil Nazirliyinə 2,5 milyon manatdan çox məbləğdə texniki yardım ayırıb. Bundan başqa, Aİ turizm sahəsində Avropa tədris səviyyəsinin təmin edilməsi məqsədilə məktəbin müasir mətbəx və qonaq otağı avadanlığı ilə təmin edilməsi barədə üzərinə öhdəlik götürüb.

Xəbər lenti

Xəbər lenti