...

Azərbaycan üçün tolerantlıq və açıqlıq başlıca prinsiplərdir - Los-Ancelesdəki baş konsul

Cəmiyyət Materials 21 Mart 2011 12:53 (UTC +04:00)
Los-Ancelesin aparıcı sinaqoqlarından biri olan "The University Synagogue"da çıxış edən Azərbaycanın baş kosulu Elin Süleymanov Azərbaycan cəmiyyətinin çoxmədəniyyətli və qədim tolerant ənənələri haqqında danışıb.
Azərbaycan üçün tolerantlıq və açıqlıq başlıca prinsiplərdir - Los-Ancelesdəki baş konsul

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir E.Tariverdiyeva/

Los-Ancelesin aparıcı sinaqoqlarından biri olan "The University Synagogue"da çıxış edən Azərbaycanın baş kosulu Elin Süleymanov Azərbaycan cəmiyyətinin çoxmədəniyyətli və qədim tolerant ənənələri haqqında danışıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Süleymanov Azərbaycan və yəhudi xalqları, Azərbaycan Respublikası və İsrail dövləti arasındakı mehriban münasibətləri xüsusi qeyd edib. Xüsusilə də görüş iştirakçıları Azərbaycanın yəhudi icmasının ölkənin inkişaf prosesinə töhfəsi və Azərbaycan rəhbərliyinin yəhudi mədəniyyəti və təhsilinin özünəməxsus xüsusiyyətlərinin saxlanması üçün yaratdığı şərait barədə öyrəniblər.

"Tək Allaha inanan müsəlman və yəhudiləri çox şey birləşdirir. Buna sübut Azərbaycanda qarşılıqlı hörmət əsasında qurulan dini icmaların dostluq münasibətləridir. Məhz buna görə də XXI əsrdə radikalizm, eləcə də dini və etnik zəmində stereotip və ayrı-seçkilik tamamilə qəbuledilməzdir", - Süleymanov bildirib.

Baş konsulun sözlərinə görə, Azərbaycan tərəfi ABŞ-ın Avrasiya regionuna yanaşmasında strateji tərkib hissənin güclənəcəyinə ümid edir.

Öz növbəsində Azərbaycan hökumətinə yəhudi icmasına göstərdiyi diqqətə görə təşəkkür edən sinaqoqun ravvini Morli Faynstayn Azərbaycan yəhudilərinin zəngin tarixi və geosiyasi əhəmiyyəti haqqında danışıb.

Xəbər lenti

Xəbər lenti