...

Bakıda Türkiyə bələdiyyələr birliyinin rəhbərləri ilə görüş olub

Cəmiyyət Materials 6 Aprel 2011 19:08 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çərşənbə günü Türkiyənin Mərmərə Bələdiyyələr Birliyi rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Bu barədə Şuranın mətbuat xidmətindən Trend-ə məlumat verilib.
Bakıda Türkiyə bələdiyyələr birliyinin rəhbərləri ilə görüş olub

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çərşənbə günü Türkiyənin Mərmərə Bələdiyyələr Birliyi rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Bu barədə Şuranın mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Mərmərə Bələdiyyələr Birliyi idarə heyətinin üzvü Səlim Yağçı, Türkiyə Bələdiyyələr Birliyi idarə heyətinin üzvü Osman Yılmaz və digər əməkdaşlardan ibarət nümayəndə heyəti Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda Assosiasiyasının Şura tərəfindən maliyyələşdirilən layihəsi çərçivəsində keçirilən tədbirlərə qatılmaq üçün Azərbaycana səfərə gəliblər.

Şura sədri Azay Quliyev qeyd edib ki, iki yüz ildən artıq fəaliyyət tarixi olan Türkiyə bələdiyyələrinin və ayrı-ayrı vəqflərin təcrübəsi Azərbaycan bələdiyyələri və qeyri-hökumət təşkilatları üçün model olaraq öyrənilməlidir.

Görüşdə ikitərəfli əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması üçün əlaqələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti