...

Azərbaycanda Tələbələrin ХVI Respublika fənn olimpiadası başlayıb

Cəmiyyət Materials 13 Aprel 2011 13:09 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Tələbələrin ХVI Respublika fənn olimpiadasına start verib.
Azərbaycanda Tələbələrin ХVI Respublika fənn olimpiadası başlayıb

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Təhsil Nazirliyi Tələbələrin ХVI Respublika fənn olimpiadasına start verib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrində mövcud olan istedad potensialının müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb edən olimpiadanın birinci turu aprelin 30-da başa çatacaq.

Olimpiadanın ikinci turu isə may ayında Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.

Olimpiada aprelin 5-də start götürüb.

Riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dili fənlərini əhatə edən olimpiada qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən diplomlar, hədiyyələr və pul mükafatları veriləcək.

Xəbər lenti

Xəbər lenti