Gürcüstan, Tbilisi, 13 aprel /Trend, müxbir N.Kirsxaliya/
Batumidə aprelin 14-15-də turizm məsələləri üzrə fəaliyyət göstərən GUAM qrupunun iclası keçiriləcək.
Səfər çərçivəsində GUAM nümayəndə heyətinin tərkibinə Ukrayna Dövlət Kurortlar və Turizm Xidmətinin sədri, GUAM-ın vaş katibi, Azərbaycan və Moldova Turizm və Kurortlar nazirliklərinin şöbə rəhbərləri, eləcə də Türkiyənin Mədəniyyət və turizm idarəsi rəhbərinin müavini Batuminin turizm infrastrukturu ilə tanış olacaq və görməli yerlərinə baxacaqlar. Bu barədə Trend-ə Acarıstanın Turizm və Kurortlar Departamentindən məlumat veriblər.
Səfər çərçivəsində Acarıstan hökumətinin sədri Levan Varşalomidze ilə də görüş planlaşdırılıb.