...

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini ilə görüşüb

Cəmiyyət Materials 14 Aprel 2011 18:23 (UTC +04:00)
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini ilə görüşüb.
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini ilə görüşüb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini ilə görüşüb.

DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Əhməd Zahteroğullarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycanda daim Türkiyənin qardaşlıq köməyinin hiss olunduğunu, müxtəlif sahələrdə bu ölkənin təcrübəsindən yararlanmağa ehtiyac duyulduğunu vurğulayıb.

Rəhimov respublikamızın əcnəbilər üçün cəlbedici ölkəyə çevrildiyini nəzərə çatdırıb.

"Təbii ki, biz bir ailəyik. Amma digər dövlətlər kimi, biz də qanunlarımıza hörmətlə yanaşılmasını istəyirik", - Xidmət rəisi bildirib.

Ölkə ərazisində yaşamalarını leqallaşdırmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin arasında daha çox Türikyə vətəndaşlarının üstünlük təşkil etdiyini qeyd edən Xidmət rəisi bunu müsbət hal kimi qiymətləndirib.

Sonda iki ölkə arasında miqrasiya sahəsində münasibətlərin daha da inkişaf etdirilməsi yolları və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti