...

"Neftçi" klubu çempionluğa daha da yaxınlaşdı

Cəmiyyət Materials 17 Aprel 2011 17:55 (UTC +04:00)
"Neftçi" klubu çempionluğa daha da yaxınlaşdı
"Neftçi" klubu çempionluğa daha da yaxınlaşdı

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən "Neftçi"- AZAL komandalarının oyunu flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Trend-in məlumatına görə, oyunun birinci hissəsində 0:1 hesabı ilə məğlub olan "Neftçi" ikinci hissənin ilk dəqiqələrində iki top vurmaqla çempionluq şanslarını daha da artırıblar.

Qeyd edək ki, ikinci yerdə qərarlaşan "Xəzər-Lənkaran" komandası dünən "İnter"lə keçirdiyi ev oyununda 1:1 oynamaqla vacib xal itirib.

Artıq "Neftçi" özünə yaxın izləyicisi olan "Xəzər-Lənkaran"la xal fərqini 8-ə çatdırıb.

"Neftçi" 59 xalla birinci, "Xəzər Lənkəran" 51 xalla ikinci, "Qarabağ" isə 50 xalla üçüncü pillədədir.

Xəbər lenti

Xəbər lenti