...

Azərbaycan Mətbuat Şurasının səlahiyyətləri genişləndirilə bilər

Cəmiyyət Materials 25 Aprel 2011 15:31 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının (MŞ) səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı təkliflər var.
Azərbaycan Mətbuat Şurasının səlahiyyətləri genişləndirilə bilər

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurasının (MŞ) səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı təkliflər var. Bu barədə bazar ertəsi Trend-ə Şuranın idarə heyətinin üzvü, "Reket" jurnalistikasına qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, bəzi təkliflərdə qeyd olunub ki, qəzetlərin müəyyən müddətə fəaliyyətini dayandırmaq haqqında MŞ-yə səlahiyyətlər verilməlidir.

Rəhimzadə bildirib ki, bu təkliflər MŞ-nin "reket" jurnalistikaya qarşı mübarizəsini daha da optimallaşdırmaq üçündür.

"Bəzən Şuranın qərarı olmasına baxmayaraq, həmin qəzetlər öz çirkin fəaliyyətlərini davam etdirirlər. Ötən həftə MŞ-nin idarə heyətinin iclasında iki qəzetin "qara siyahı"ya salınması ilə bağlı qərar qəbul olunub. Həmin qəzetlər əvvəl də "qara siyahı"ya salınmışdı, lakin fəaliyyətlərində korrektələr olduğuna görə, həmin siyahıdan çıxarılmışdı. İndi də həmin qəzetlər öz fəaliyyətlərində jurnalist etikasına sığmayan məqamlara yol verirlər və xəbərdarlıqlara məhəl qoymurlar. Ona görə də həmin qəzetlər barəsində hüquq-mühafizə orqanlarına müraciət olunması barədə qərar qəbul edilib", - Rəhimzadə vurğulayıb.

Rəhimzadə deyib ki, Mətbuat Şurasının fəaliyyəti nəticəsində bu gün "reket" jurnalistikaya qarşı ictimai qınaq yaranıb. Bu işdə sağlam mətbuat da MŞ-yə öz dəstəyini əsirgəmir.

Xəbər lenti

Xəbər lenti