Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir S.Ağayeva/
Sabah Azərbaycan ərazisində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman, bəzi şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 0-4, gündüz 8-13 dərəcə isti olacaq.
Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək
Sabah Azərbaycan ərazisində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
