...

Azərbaycan Geologiya İnstitutu bəzi ərazilərdə torpaq qırılmalarının ilkin səbəbini açıqlayıb

Cəmiyyət Materials 3 May 2011 14:03 (UTC +04:00)
Azərbaycan Geologiya İnstitutu ölkənin bəzi ərazilərində torpaq qırılmalarının ilkin güman edilən səbəbini açıqlayıb.
Azərbaycan Geologiya İnstitutu bəzi ərazilərdə torpaq qırılmalarının ilkin səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Geologiya İnstitutu ölkənin bəzi ərazilərində torpaq qırılmalarının ilkin güman edilən səbəbini açıqlayıb.

"Salyandan Hacıqabula qədər olan ərazidə torpaq qırılmaları geodinamik aktivləşmə ilə də bağlı ola bilər. Ola bilər ki, bu proses Yer təkindəki bəzi hərəkətlərin nəticəsidir", - Trend-in məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutun direktoru Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, bu ərazidə qırılmanın baş vermə səbəbi ilə bağlı institutun ilkin rəyi hələ hazır deyil.

"Hazırda bu hadisə ilə bağlı tədqiqatlar davam etdirilir. Hələ bu prosesi izləyirik. Bu yaxınlarda alimlərimiz yenidən həmin əraziyə baş çəkəcəklər", - Əlizadə deyib.

Salyan rayonundan Hacıqabula qədər torpaqda qırılma prosesi martın əvvəlindən başlayıb. Həmin ərazinin dənizə baxan şərq hissəsi 5-10 sm çöküb. Bəzi yerlərdə kiçik palçıq vulkanları yaranıb. Həmin ərazidə yaşayış evlərində də çatlar əmələ gəlib. Hazırda bu proseslə əlaqədar araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti