Rusiyanın Baş naziri Vladimir Putin çərşənbə günü "AvtoVAZ"ın yeni büdcə modeli - "Lada Qranta" avtomobilinə baxış keçirib.
Avtomobil "standart" komplektləşdirmədə təqdim olunub. Müəssisədə güman edirlər ki, ilk belə maşınlar alıcılara 2011-ci ilin sonunda veriləcək. Məlumatı İnterfaks yazır.
Trend-in məlumatına görə, hökumət başçısını "AvtoVAZ" direktoru İqor Komarov, vilayət qubernatoru Vladimir Artyakov, "Rostexnologiya" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov müşayiət edib.
Putin avtomobilə baxıb və baqajı açmağı xahiş edib. Lakin baqaj açılmayıb. Bir neçə saniyədən sonra Çemezov və Komarovun birgə səyi nəticəsində baqaj açılıb. Bundan sonra Putin arxa oturacağa oturub və avtomobilin interyerini qiymətləndirib.
Salondan çıxanda sonra o, açarı götürüb və sürücünün yerinə əyləşib. Lakin mühərriki işə salmaq və dərhal getmək mümkün olmayıb. Məsələ ondadır ki, avtomobil elektron qaz əyləci ilə təchiz edilib.
Lakin Putin yeni avtomobildən tez baş çıxarıb və uzunluğu 1400 metr olan sınaq treki ilə nümunəvi dövrə edib. Sonra yeni maşında hökumət rəhbəri "AvtoVAZ"ın işçiləri ilə görüşə gedib.
Artıq məşhur "Lada Kalina"nın bazasında yaradılan avtomobilin silsilə istehsalına oktyabrda başlamaq planlaşdırılır.
Nəzərdə tutulur ki, "Lada Qranta" baza komplektləşdirmədə 220 min rubla, maksimal komplektləşdirmədə (Renault-un mühərriki və Nissan-ın avtomatik sürət ötürücüsü ilə) 300 min rubl olacaq.