...

Əli Həsənov: Bəzi məlumatların araşdırılması üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət ediləcək

Cəmiyyət Materials 13 May 2011 12:11 (UTC +04:00)
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi son zamanlar bəzi qəzetlərdə yayılan məlumatların araşdırılması üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət edəcək.
Əli Həsənov: Bəzi məlumatların araşdırılması üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət ediləcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir M.Əliyev/

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi son zamanlar bəzi qəzetlərdə yayılan məlumatların araşdırılması üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət edəcək. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

"Son zamanlar bəzi qəzetlər guya, Komitədə Ermənistandan köçürülənlərin sənədlərinin yandığını yazırlar. Hesab edirəm ki, həmin şəxslərin məqsədi belə həssas məsələ ilə hökumətə qarşı narazılıq yaratmaqdır", - Həsənov bildirib.

Onun sözlərinə görə, Ermənistandan olan məcburi köçkünlərin hamısının sənədlərinin əsli özlərində saxlanılır və heç bir sənədin yanmağından söhbət gedə bilməz.

"Böhtan yayan şəxslər cəzalarına çatmalıdırlar. Çox təəssüf ki, vaxtilə ziyalı sayılan şəxslər də dövlətə, dövlətçiliyə qarşı bu addımlara əl atırlar. O insanlar da layiqincə cavablarını alacaqlar", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti