...

ABŞ konqresmenləri Azərbaycanı Respublika Günü münasibətilə təbrik ediblər

Cəmiyyət Materials 27 May 2011 11:06 (UTC +04:00)
Cümə axşamı ABŞ Konqresinin üzvləri Bill Şuster və Virciniya Foks Nümayəndələr Palatasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 93-cü ildönümü münasibətilə təbrik nitqi ilə çıxış ediblər.
ABŞ konqresmenləri Azərbaycanı Respublika Günü münasibətilə təbrik ediblər

Azərbaycan, Bakı, 27 may /Trend/

Cümə axşamı ABŞ Konqresinin üzvləri Bill Şuster və Virciniya Foks Nümayəndələr Palatasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 93-cü ildönümü münasibətilə təbrik nitqi ilə çıxış ediblər.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Şuster bildirib ki, ilk dəfə Azərbaycan ABŞ şirkətlərinə Xəzərin enerji resurslarını işləmək imkanı verib və qlobal enerji təhlüksəizliyində əsas oyunçu olub.

"Bakı-Tbilisi-Ceyhan neft kəməri Cənubi Qafqaz regionunun inkişafına yardım edən ən uğurlu layihədir və Xəzər dənizindəki karbohidrogenlərin ABŞ-a və Avropadakı tərəfdaşlarımıza çatdırılmasında əsas arteriyadır. Azərbaycan ABŞ-ın dəstəklədiyi "Nabukko" qaz kəməri üçün aparıcı potensial təbii qaz tədarükçüsüdür", - Şuster bildirib.

Virciniya Foks öz bəyanatında bildirib ki, Rusiya və İran, eləcə də Avropa ilə Asiya arasında strateji regionda yerləşən Azərbaycan sabit və dünyəvi dövlətdir və dünyada müsəlman, yəhudi və xristianların birlikdə sülh şəraitində yaşadıqları azsaylı yerlərdən biridir.

Son 20 ildə Azərbaycan nəhəng irəliləyişlər əldə edib və Birləşmiş Ştatların bu strateji regionda əsas müttəfiqinə çevrilib.

"Amerika- Azərbaycan tərəfdaşlığı bölünən dəyərlərə və ümumi məqsədlərə əsaslanır və regional təhlükəsizliyin əsas komponentlərindəndir. Müdafiə naziri Robert Qeytsin bu yaxınlarda Bakıya səfəri zamanı qeyd etdiyi kimi, Azərbaycan ABŞ və NATO-nun Əfqanıstandakı əməliyyatlarına çoxtərəfli dəstək göstərir və Əfqanıstana göndərilən quru və tranzit yüklərin təxminən 25 faizinin tranzitini təmin edərək yüklərin paylanmasında Şimal şəbəkəsinin əsas həlqəsidir", - konqresmen Foks əlavə edib.

Konqresmen Bill Şuster ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun həmsədri, Virciniya Foks isə bu qrupun üzvüdür.

Xəbər lenti

Xəbər lenti