...

54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonunun rəsmi açılışı keçiriləcək

Cəmiyyət Materials 27 May 2011 17:49 (UTC +04:00)
Bu ilin iyun-noyabr aylarında İtaliyada keçiriləcək növbəti Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesində Azərbaycan da Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonla təmsil olunacaq.
54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonunun rəsmi açılışı keçiriləcək

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin iyun-noyabr aylarında İtaliyada keçiriləcək növbəti Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesində Azərbaycan da Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonla təmsil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycan pavilyonunun rəsmi açılışı iyunun 1-də olacaq.

Milli pavilyonun komissarı Azərbaycan Dövlət İncəsənət muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, tərəfdaş-komissarı Azərbaycanın Venesiya biennalelərində təmsil olunmasına yardım göstərən Nuova İcona Yaradıcılıq Təşəbbüsləri Assosiasiyasının rəhbəri Vittorio Urbanıdır.

Azərbaycan pavilyonu "Relations of Baku" şüarı altında çıxış edir. Azərbaycanı Biennaledə altı rəssam təmsil edəcək.

Builki Venesiya Biennalesində 100-ə yaxın ölkə pavilyonlarını nümayiş etdirəcək.

Azərbaycan Venesiya Biennalesində artıq üçüncü dəfədir ki, iştirak edir. İlk dəfə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007-ci ildə Azərbaycan pavilyonu təşkil edilib.

Xəbər lenti

Xəbər lenti