...

"Başak-İnam Sığorta Şirkəti" ASC ISO standartlarına uyğunluğunu təsdiqlədi (FOTO)

Cəmiyyət Materials 31 May 2011 17:46 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti" ASC ISO standartlarına uyğunluğunu təsdiqlədi.
"Başak-İnam Sığorta Şirkəti" ASC ISO standartlarına uyğunluğunu təsdiqlədi (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

"Başak-İnam Sığorta Şirkəti" ASC ISO standartlarına uyğunluğunu təsdiqlədi.

Trend-in məlumatına görə, şirkətin Keyfiyyət İdarəetmə Sisteminin auditini Türk Standartları İnstitutu həyata keçirib. Audit nəticəsində "Başak-İnam Sığorta Şirkəti" ASC-nin fəaliyyətinin və xidmət keyfiyyətinin Keyfiyyət İdarəetmə Sistemi üzrə standartlara tam uyğunluğu nəzərə alınaraq, ISO 9001:2008 sertifikatına layiq olduğu təsdiq edilib. Bununla da şirkət yerli sığorta bazarında göstərdiyi xidmətlər sayəsində 2005-ci ildə Türk Standartları İnstitutunun təqdim etdiyi TS-EN-ISO 9001:2000 sertifikatını TS-EN-ISO 9001:2008-ə dəyişmiş oldu. Bu da öz növbəsində şirkətin xidmətlərini, keyfiyyət siyasətini daima inkişaf etdirməsinə bariz nümunədir.

Auditi həyata keçirən Türk Standartları İnstitutu eyni zamanda IQNet-in (The International Certification Network) partnyorudur. "Başak-İnam Sığorta Şirkəti" ASC-nin fəaliyyətinin və xidmət keyfiyyətinin Keyfiyyət İdarəetmə Sisteminin standartlarına uyğunlugu IQNet sertifikatı ilə də təsdiqlənib.

"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən "Başak Sığorta" AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi "İNAM" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Başak-İnam Sığorta Şirkəti" Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilib. Sonradan bu ortaqlığa "AzərTürkBank" ASC də qoşulub. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor's reytinqli GROUPAMA SA Başak Sığorta AŞ-ni almaqla şirkətin ortaqları siyahısına qatılıb. 2008-ci ildə qəbul edilmiş "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən 23 yanvar 2009-cu il tarixdən şirkət öz təşkilati-hüquqi formasını QSC-dən ASC-yə dəyişib. Hazırda "Başak-İnam Sığorta Şirkəti" ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 370 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti