...

Azərbaycan qanunvericiliyində uşaq hüquqları ilə bağlı valideynin məsuliyyəti müəyyənləşdirilməlidir - deputat

Cəmiyyət Materials 22 İyun 2011 14:55 (UTC +04:00)
Azərbaycanda küçə həyatı sürən uşaqlara görə məsuliyyəti ilk növbədə valideyn daşımalıdır. Bunu çərşənbə günü Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib.
Azərbaycan qanunvericiliyində uşaq hüquqları ilə bağlı valideynin məsuliyyəti müəyyənləşdirilməlidir - deputat

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda küçə həyatı sürən uşaqlara görə məsuliyyəti ilk növbədə valideyn daşımalıdır. Bunu çərşənbə günü Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib.

"Azərbaycanda çox sayda uşaqlar avtobuslarda konduktor işləyir, maşın şüşələri silirlər. Bunlar məktəbə getməyən, azad həyat sürən, nəzarətdən kənarda qalan uşaqlardır. Sovet dövründə uşaq məktəbə gəlməyəndə iki gün sonra məktəb rəhbərliyi ailəyə zəng edib onun dərslərdə iştirak etməməsinin səbəblərini öyrənirdi, polis araşdırma aparırdı. İndi isə buna münasibət soyuqdur. Buna görə də qanunvericilikdə valideynin məsuliyyəti məsələsi qoyulmalıdır. Çünki Azərbaycanda valideynlər belə hesab edirlər ki, uşaq məktəbə gedirsə, demək, məktəb məsuliyyət daşıyır", - Mustafayeva bildirib.

O qeyd edib ki, Azərbaycanda yalnız uşaqlar deyil, valideynlər də psixoloji baxımdan tərbiyə olunmalıdır.

Millət vəkili deyib ki, uşaq əməyinin istismarı ilə bağlı qanunvericilikdə bır çox məsələlər öz əksini tapıb. Amma bu məsələlərə məsul olan icra orqanları onların işlənmə mexanizmini hazırlamayıb.

Xəbər lenti

Xəbər lenti