Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda yaxın 2-3 gün ərzində hava küləkli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 27-32 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə olacaq.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə təşkil edəcək.
Departamentin məlumatına görə, yaxın 2-3 gün ərzində arabir güclənən şimal küləyi əsəcəyi, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.